...

Gəncədə "Yaşıl Teatr" binası təmir olunacaq

Siyasət Materials 2 Dekabr 2006 14:07 (UTC +04:00)

Gəncədə "Yaşıl Teatr"ın binası təmir olunacaq. Bu barədə məlumatı Trendin Qərb Bürosuna Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova verib.

Onun sözlərinə görə, bərbad vəziyyətdə olan bu teatr binası şəhərin Xan Bağında yerləşdiyindən istirahət güşəsinin görkəminə də təsir edir. "Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev şəhərdə olanda "Yaşıl Teatr"ın durumu ilə tanış olub və binanın təmir olunmasını təklif edib. Bunun üçün 500 min ABŞ dolları məbləğində vəsait lazımdır" - deyən M. Məlikova qeyd etdi ki, 2007-ci ildə tarixi abidə olan Karvansaray və İmamzadə Türbəsi bərpa və eyni zamanda Dövlət Dram Teatrı yenidən inşa edildikdən sonra qalan vəsaitlə "Yaşıl Teatr"ın binası təmir ediləcək.

Qeyd edək ki, Gəncənin "Yaşıl Teatr"ı 1989-cu ildən fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti