...

Milli Məslisin deputatları Qazaxıstana gediblər

Siyasət Materials 4 Dekabr 2006 16:54 (UTC +04:00)

Dekabrın 4-də Azərbaycan - Qazaxıstan parlamentlərarası işçi qrupun üzvləri Astana şəhərinə yola düşüblər.

Qazaxıstana yola düşən parlament nümayəndə heyətinə deputatlar Fərhad Qəribov, Rüstəm Xəlilov, Sevindik Hətəmov daxildir. Səfərdə məqsəd ikitərəfli parlamentlərarası əlaqələri genişləndirməkdir. Deputatlarımız bu məqsədlə Qazaxıstanın Parlament Məclisində bir sıra görüşlər keçirəcək, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Səfər dekabrın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti