...

Azərbaycan və Rusiya höküməti Bakıda dörd sənəd imzalayıb

Siyasət Materials 4 Dekabr 2006 17:43 (UTC +04:00)
Azərbaycan və Rusiya höküməti Bakıda dörd sənəd imzalayıb

Bu gün RF baş naziri Mixail Fradkovun rəsmi səfəri çərçivəsində Bakıda Azərbaycan və Rusiya hökümətləri arasında dörd sənəd imzalanıb.

Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, imzalanmış sənədlərə Pul köçürmələri sahəsində əməkdaşlıq haqqında Hökümətlərarası Saziş, ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı istifadə və əldə olunan intellektual fəaliyyətin nəticələri üzrə qarşılıqlı hüquq müdafiəsi haqqında Saziş, həmçinin 2007-09-cu illər üçün nəzərdə tutulmuş Humanitar sahədə əməkdaşlıq Proqramı daxildir.

Dördüncü sənəd - Azərdaycan Milli Bankı və Rusiya Mərkəzi Bankı arasında Kredit təşkilatlarının fəaliyyətinə bank nəzarəti sahəsində əməkdaşlıq haqqında Sazişdir.

Hazırda AR və RF arasında müqavilə-hüquqi baza 100-dən çox sənəddən ibarətdir. Onların 70-dən çoxu dövlətlərarası və hökümətlərarası sazişlər və 30-dan çoxu Rusiya və Azərbaycan subyektləri arasında imzalanmış sazişlərdir.

Xəbər lenti

Xəbər lenti