...

ABŞ dövlət katibi müavininin köməkçisi Bakıya səfər edəcək

Siyasət Materials 5 Dekabr 2006 14:07 (UTC +04:00)

Dekabrın ortalarında ABŞ dövlət katibi müavininin köməkçisi Barri Louinkron(Barry Lowenkron) Bakıya səfər edəcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliynin ictimaiyyətlə əlaqələr departamentinin başçısı Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, səfər 27-28 noyabr tarixlərinə planlaşdırılmışdı, lakin Azərbaycanın rəhbərliyində qrafikin dolu olması ilə əlaqədar müvafiq olaraq dekabrın ortalarına keçirilib.

Barri Louinkron demokratiya, insan və əmək haqları ilə bağlı məsələlərə görə məsuliyyət daşıyır (assistant secretary for democracy, human rights and labor). Azərbaycan hökmətinin rəsmi şəxsləri ilə görüşlər zamanı da bu istiqamətdə məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti