...

Fəzail Ağamalı parlamentdə prezidentin səlahiyyət müddətinin artırılması məsələsini qaldırıb

Siyasət Materials 5 Dekabr 2006 15:55 (UTC +04:00)

Parlamentin dekabrın 5-də keçirilən iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan Respublikası prezilentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə gədər artırılması haqqında məsələ qaldırıb.

Trend in xəbərinə görə, F.Ağamalı bildirib ki, bu məsələ son zamanlar cəmiyyətdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunur: "Bu, F.Ağamalının deyil, bütün cəmiyyətinin istəyidir. Çünki 2003-cü ildə İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan sürətlə inkişaf edib, böyük uğurlar qazanıb. Eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb. Ona görə də bu işləri davam etdirmək üçün prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə gədər artırmalıdır".

F.Ağamalı təklif edib ki, bunun üçün referendum keçirilməli və Konstitusiyada müvafiq dəyişiklik edilməlidir. Onun fikrincə, bu gün ölkədə İ.Əliyeva rəqib olacaq siyasətçi yoxdur. O əlavə edib ki, müxalifət də istəsə, prezident seçkilərinə qatıla bilər.

Xəbər lenti

Xəbər lenti