...

Azərbaycan və Avropa Şurası parlamentariləri dekabr ayında görüşəcəklər

Siyasət Materials 5 Dekabr 2006 16:32 (UTC +04:00)

Azərbaycanın Belçikadakı səfirliyindən verilən məlumata istinadən Trend xəbər verir ki, 13-12 dekabrda Brüsseldə Avropa Şurası-Azərbaycan parlament əməkdaşlığı komitəsinin iclası keçiriləcək.

İclasda Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Milli Məclisin vitse-spikeri, Avropa parlamenti ilə münasibətlərə nəzarət edən Valeh Ələsgərov həyata keçirəcək. İclasda tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və gələcək planlar müzakirə ediləcək.

Əvvəlcə Avropa Şurası-Azərbaycan parlament əməkdaşlığı komitəsinin iclası 21-22 noyabr üçün planlaşdırılmış, lakin texniki səbəblər üzündən təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti