...

Milli Məclisin növbəti iclası keçirilib

Siyasət Materials 5 Dekabr 2006 17:49 (UTC +04:00)

Dekabrın 5-də Milli Məclisin növbəti iclası keçirilib. Deputatlar əvvəlcə cari məsələləri müzakirə ediblər. Bundan sonra iclasın gündəliyinə daxil edilmiş qanun layihələri müzakirə olunub.

Birinci məsələ kimi "Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında" qanun layihəsi müzakirə olunub.

Xatırladaq ki, bu qanun birinci oxunuşdan keçib. Millət vəkilləri öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsverməyə çıxarlıb və ikinci oxunuşda qəbul olunub.

Sonra "2005 - 2007-ci illər üçün narkotik vəsitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında" qərarın təsdiq edilməsi haqqında məsələ müzakirə olunub. Müzakirələrdən sonra məsələ qəbul olunub.

"Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur - Abşeron irriqasiya sistemi layihəsi üzrə kredit sazişinin təsdiq edilməsi " barədə məsələ isə deputatlar arasında geniş müzakirələrə səbəb olub. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, bu layihənin həyata keçirilməsi su probleminin həll olunmasında böyük rol oynayacaq. Müzakirələrdən sonra kredit sazişi təsdiq olunub.

Sonra bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilib.

Eyni zamanda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və "Baytarlıq təbabəti haqqında" Azərbaycan Respublikası qanunun qüvvəyə minməsi barədə Milli Məclisin 1994-cü il 17 iyun tarixli 826 nömrəli qərarı qüvvədən düşmüş hesab olunub.

"Dəriman vasitələri haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

"Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi də ikinci oxunuşda qəbul olunub, "Azərbaycan Respublikası ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin və onlara şəhadətnamənin verilməsi haqqında" əsasnamə təsdiq edilib.

Sonda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi və "Daxili audit haqqında" qanun layihəsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti