...

Nazir: "Azərbaycanın üçüncü mobil operatoru 2007-ci ilin birinci rübündən gec olmayaraq xidmətlərini təklif edəcək"

Siyasət Materials 6 Dekabr 2006 11:37 (UTC +04:00)
Nazir: "Azərbaycanın üçüncü mobil operatoru 2007-ci ilin birinci rübündən gec olmayaraq xidmətlərini təklif edəcək"

2007-ci ilin əvvəlindən etibarən Azərbaycanda üçüncü mobil operator "Azerfon" öz xidmətlərini təklif etməyə başlayır. Trend məlumat verir ki, bu barədə bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hal-hazırda şirkət Azərbaycanın regionlarında işləri davam etdirir: "Artıq ölkənin əksər regionlarında "Azerfon"un şəbəkələri yaradılıb". Nazir əlavə edib: "Biz "Azerfon"un öz xidmətlərini 2007-ci ilin birinci rübündən gec olmayaraq təklif edəcəyini gözləyirik. Mobil xidmətlərin təqdim olunmasında "Azerfon" tərəfindən bəzi gecikmələr də ola bilər, lakin bu, gələn ilin birinci rübündən gec qalmayacaq".

"Azerfon" şəbəkəsi ilk növbədə Bakı və Abşeron yarmadası ərazisini, Gəncə, Mingəçevir, Quba, Lənkəran, Əli-Bayramlı və Naxçıvan Muxtar Respublikanı əhatə edəcək. Ümumilikdə isə "Azerfon" Azərbaycan ərazisinin 80 faizini əhatə edəcək.

Mobil əlaqənin ölkədə ilk xidmətlərini 1994-cü ildə yaradılmış SP Bakcell təqdim etməyə başlayıb. 1996-cı ildə SP Azercell-in təsis edilməsi isə mobil əlaqə xidmətlərinin inkişafına təkan olmuş və bu gün abonentlərin sayı 2 mln. nəfəri keçib.

Əhalinin mobil əlaqəyə tələbatı durmadan artır və nazirliyin kollegiyasının qərarına əsasən 2005-ci il dekabr ayından etibarən SP Azerfon-na GSM, SP Catel-ə isə CDMA standartları üzrə mobil əlaqə xidməti göstərmək üçün lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti