...

DİN Daxili Qoşunlarının komandanı Türkiyənin Jandarm Qüvvələrinin baş komandanını gəbul edib

Siyasət Materials 6 Dekabr 2006 12:44 (UTC +04:00)

Dekabrın 6-da Azərbaycan Respublikası Daxıli İşlər Nazirliyi Daxili Qoşunlarının komandanı Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı İşıq Qoşanəri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, görüş Daxıli Qoşunların baş idarəsində keçirilib. Zakir Həsənov Azərbaycanın Daxili Qoşunları ilə Türkiyənin Jandarm Qüvvələri arasındakı münasibətləri yüksək qiymətləndirib. O qeyd edib ki, Jandarm Qüvvələrinin Daxili Qoşunların formalaşmasında əhəmiyətli rolu var. "Bu gün Daxili Qoşunların Azərbaycan Silahlı Qüvvələri sırasında özünəməxsus yeri var", - deyə Z.Həsənov qeyd edib.

İşıq Qoşanər də öz növbəsində iki qurum arasındakı münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduqlarını vuağulayıb və səmimi qəbula görə Z.Həsənova təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın, təcrübə mübadiləsinin artırılması sahəsində tərəflər arsında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti