...

Zakir Həsənov: Daxili Qoşunların döyüş qabiliyyətinin yüksəlməsi Türkiyə Jandarm Qüvvələri zabitlərinin burada çalışmasının nəticəsidir

Siyasət Materials 6 Dekabr 2006 12:49 (UTC +04:00)
Zakir Həsənov: Daxili Qoşunların döyüş qabiliyyətinin yüksəlməsi Türkiyə Jandarm Qüvvələri zabitlərinin burada çalışmasının nəticəsidir

Daxili Qoşunların döyüş qabiliyyətinin yüksəlməsi Türkiyə Jandarm Qüvvələri zabitlərinin Daxili Qoşunlarda çalışmasının nəticəsidir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə dekabrın 6-da Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsində keçirilmiş brifinqdə Daxili Qoşunların komandanı Zakir Həsənov məlumat verib.

"Bizim Türkiyənin Jandarm Qüvvələri ilə işbirliyimiz çox yüksək səviyyədədir. Fərəhləndirici haldır ki, artıq uzun illərdir, Daxili Qoşunlar Türkiyə Jandarmının fəaliyyətindən və təcrübəsindən faydalanmaq imkanı əldə edib. Daxili Qoşunların bu günkü xidməti döyüş fəaliyyəti, Daxili Qoşunlarda olan yüksək hazırlıq Türkiyə Jandarm Qüvvələri zabitlərinin əməyi sayəsində başa gəlib. Bütün bunlara görə mən Türkiyə Jandarm Qüvvələrinin baş komandanı İşık Qoşanərə həm öz adımdan, həm də şəxsi heyət adından dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə əməkdaşlığımız daha geniş səviyyədə davam edəcək" - deyə Z.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti