...

İranın müdafiə naziri və Azərbaycanın müdafiə sənayesi naziri Tehranda danışıqlar aparıblar

Siyasət Materials 6 Dekabr 2006 14:05 (UTC +04:00)

İranın müdafiə idarəsinin başçısı Mustafa Məhəmməd-Nəccar və Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə Tehranda müzakirələr aparıblar. İRNA-ya istinadən Trend bildirir ki, bu barədə İran Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər bu sahədə qarşılıqlı əlaqələrin gələcəkdə inkişaf etdirilməsi və genişləndirilməsində Tehranın və Bakının maraqları olduqlarını təsdiqləyib. İran tərəfi müdafiə sənayesi sahəsində öz təcrübəsini Azərbaycana təklif etməyə hazır olduğunu bildirib. Gələcəkdə regionda sülhün və sabitliyin qorunması və möhkəmləndirilməsinin vacibliyini də qeyd edərək İran müdafiə idarəsinin başçısı regional problemlərin konstruktiv danışıqlar yolu ilə tənzimlənməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti