...

ABŞ səfirliyi Azərbaycan gömrük xidmətinə qaçaqmalçılıq ilə mübarizə aparmaq üçün xüsusi avadanlıq verib

Siyasət Materials 6 Dekabr 2006 15:06 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycan gömrük xidmətinə qaçaqmalçılıq ilə mübarizə aparmaq üçün xüsusi avadanlıq verib

Biz ümid edirik ki, tezliklə Azərbaycan və ABŞ gömrük xidməti sahəsində qarşılıqlı yardım haqqında hökümətlərarası saziş imzalayacaqlar. Trend xəbər verir ki, bu barədə Azərbaycan dövlət gömrük komitəsinin sədri Aydın Əliyev ABŞ səfirliyinin Azərbaycan gömrük xidmətinə qaçaqmalçılıqla mübarizə aparmaq üçün 2 avtomobil və xüsusi ləvazimatların verilməsinə həsr olunmuş mətbuat konfransında bildirib.

A.Əliyev qeyd edib ki, Azərbaycan və ABŞ gömrük xidmətləri arasında əməkdaşlıq 1995-ci ildən başlayıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycanda artıq ixracat nəzarəti sahəsində müəyyən təcrübə yaranıb və müvafiq qanun qəbul olunub.

O bildirib ki, 2001-ci ildən etibarən ABŞ Azərbaycan gömrük xidməti əməkdaşları üçün 17 treninq keçirib və sərhəddə qaçaqmalçılıqla mübarizə üzrə sonuncu treninq dünən başa çatıb.

Sərhəddən nüvə və bioloji silahın keçirilməsinin qarşısını almaqda gömrükçülərin təcrübəsi haqqında jurnalistlərin suallarına cavab verən A.Əliyev qeyd edib ki, belə hallar da olub. Onun sözlərinə görə, 4 il əvvəl ballistik raketlərin hazırlanması üçün istifadə olunan xüsusi metalları, atom bombaları, qırıcı təyyarələr üçün ehtiyat hissələrini Azərbaycan sərhəddindən İrana keçirmək cəhdi olub.

Onlar Rusiyadan və Gürcüstandan gətirilib. Sonuncu fakt təxminən 1 kq civənin saxlanması olub və bununla bağlı Türkiyə vətəndaşı məsuliyyətə cəlb olunub. Bu iş tezliklə başa çatacaq. A.Əliyev bildirib ki, bu faktın üstü açıldıqdan sonra bu cəhdlərin sayı azalıb. O həmçinin bildirib ki, MAQATE-nin təşəbbüsü ilə "Sınıq körpü" nəzarət-buraxılış məntəqəsində xüsusi qurğular quraşdırılıb.

O həmçinin qeyd edib ki, yaxın günlərdə Azərbaycan gömrük xidməti üçün ölkəyə xüsusi avadanlıq və vertolyotlar gətiriləcək.

Xəbər lenti

Xəbər lenti