...

Türkiyənin Jandarm Qüvvələrinin Baş komandanı Daxili Qoşunların hərbi hissəsi və Tədris Mərkəzi ilə tanış olub

Siyasət Materials 6 Dekabr 2006 15:11 (UTC +04:00)

Dekabrın 6-da Bakıda səfərdə olan Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı İşık Qoşanər və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının (DQ) N saylı hərbi hissəsi və Qaladakı Tədris Mərkəzi ilə tanış olub. Trend xəbər verir ki, İşık Qoşanər həm hərbi hissədə, həm də Qala Tədris Mərkəzində müşahidə etdiyi vəziyyətdən razılıq hissi keçirdiyini vurğulayıb.

Qonaqlar hərbi hissədə əsgərlərin döyüş nümunələrini seyr edib, hərbi hissədəki hərbi texnikaya baxış keçirib, əsgərlərin yataqxanası ilə tanış olublar.

3 ay əvvəl istifadəyə verilmiş Qala Tədris Mərkəzində isə qonaqlara zabitlərin tədrisi ilə bağlı məlumatlar verilib.

Xəbər lenti

Xəbər lenti