...

ZRQQ-nın yüklənmiş üçüncü və sonuncu eşelonu Azərbaycandan keçərək Rusiyaya çatdırılacaq

Siyasət Materials 6 Dekabr 2006 15:15 (UTC +04:00)

Sayca üçüncü və sonuncu olan Rusiyaya məxsus silahlarla yüklənmiş əlavə eşelon Gürcüstandan dekabrın 7-də çıxıb Azərbaycan ərazisindən keçərək Rusiyaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat veriblər.

Eşelon Tbilisidən təcili olaraq çıxarılan Zaqafqaziya Rusiya qoşunları qrupunun (ZRQQ) qərargahının əmlakını əhatə edən 32 vaqondan ibarətdir. 18 vaqonda artillerya daşıyıcıları, 7-də MT12 artillerya qurğuları, 6-da 85 millimetrlik tank əleyhinə D42 topları yerləşir. 8 vaqon isə hərbi sursat, o cümlədən raket-artillerya silahlarından ibarət olacaq.

Azərbaycan və Rusiya hökumətləri arasındakı razılaşmaya əsasən, cari ilin sonuna kimi Azərbaycan ərazisindən RF-yə ZRQQ-nin əmlak və hərbi texnikası yüklənmiş əlavə 3 eşelon keçirilməsi nəzərdə tutulub. Birinci eşelon Azərbaycan ərazisindən noyabrın 23-də, ikinci noyabrın 30-da keçib. Dekabrın 14-də həmçinin Ermənistana ZRQQ texnikasının son partiyası göndəriləcək.

Gürcüstanla Rusiya arasında olan razılaşmaya əsasən, Axalkalakidəki baza 2007-ci il dekabrın 1-nə qədər, Batumdakı baza isə 2008-ci il oktyabrın 1-nə kimi bağlanmalıdır.

Xəbər lenti

Xəbər lenti