...

Moldova baş nazirinin Azərbaycana səfəri planlaşdırılır

Siyasət Materials 6 Dekabr 2006 15:58 (UTC +04:00)

Moldovanın baş naziri Vasile Tarlevanın Azərbaycana rəsmi səfəri fevral ayına planlaşdırılır. Bu barədə Trend ə Moldova hökumətinin mətbuat xidmətindən məlumat verilib. Burdan bildiriblər ki, səfərin proqramı və gündəliyi hələ hazırlanmayıb. Bundan öncə Moldovanın Azərbaycandakı səfiri İon Robunun Trend ə verdiyi məlumata bildirilirdi ki, əməkdaşlığın energetika bloku ilə bağlı çox məsələlər var ki, bunların müzakirəsi vacibdir.

Diplomatın sözlərinə görə, perspektivdə həmçinin hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsi də var. Komissiyanın birinci iclası Kişinyovda 2005-ci il aprelin 19-da keçirilib ki, bu görüşdə tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın uzunmüddətli Proqramını və proqramın realizəsi məqsədilə tədbirlər Planını müzakirə və təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti