...

Yaponiya hökumətinin hesabına maliyyələşdirilən növbəti layihənin gerçəkləşməsi başa çatıb

Siyasət Materials 6 Dekabr 2006 16:45 (UTC +04:00)

Azərbaycanda Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən növbəti layihənin gerçəkləşmsi başa çatıb.Yaponiyanın Azərbaycandakı səfiliyindən Trend ə verilmiş məlumata görə, dekabrın 9-da Azərbaycanın Astara rayonunun Artur kəndində Yaponiya hökumətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində tikilmiş yeni orta məktəb binasının açılışı keçiriləcək. Proqramın gerçəkləşməsi barədə müqavilə 2005-ci ilin dekabrında Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycanın "Qadın dünyası" qeyri-hökumət təşkilatı arasında imzalanmışdı. Lahiyənin ümumi dəyəri 90 min $ dır. Layihə 400-ə yaxın şagirdin təhsil səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.

"İnsan təhlükəsizliyi və ot kökləri" proqramı Azərbaycanda 2000-ci ildən başlayaraq gerçəkləşib. Proqram çərçivəsində ümumi dəyəri 4,7 mln dollara çatan 74 layihə gerçəkləşib. Lahiyələr sosial sferaların, konkret olaraq, Azərbaycanda təhsil, səhiyyə, infrastruktur sahələrinin inkişafına yönəlib. Azərbaycanın müstəqillik əldə etdiyi müddət ərzində Yaponiya hökuməti ölkəyə təxminən 700 mln. dollar məbləğində kömək göstərib.

Xəbər lenti

Xəbər lenti