...

Gəncədə plastik boru istehsalına başlanılıb

Siyasət Materials 6 Dekabr 2006 18:25 (UTC +04:00)

Gəncədə fəaliyyət göstərən "Safa plas" şirkəti plastik boru istehsalına başlayıb. Bu barədə məlumatı Trendə şirkətin sədri Alim Xudiyev verib.

Onun sözlərinə görə, hazırda bazarda plastik boruya ehtiyac böyük olduğundan şirkət müəssədə boru istehsalına başlayıb. "Hələ ki, istehsal etdiyimiz məhsulları respublika daxilində satacağıq. Gələcəkdə xarici bazara çıxmaq fikrimiz də var". A.Xudiyev qeyd etdi ki, yeni çeşiddə məhsul istehsal olunduğundan işçilərin sayı artırılıb. Hazırda plastik boru sexində 10-a yaxın adam çalışır.

Müsahibin verdiyi məlumata görə, müəssisənin aylıq gücü 20 tona yaxındır. Lazım olan xammal Koreyanın aparıcı şirkətlərindən olan "Daevoo" və "AKİ"-dan alır.

Qeyd edək ki, "Safa Plas" şirkəti metal bağlantılar və metal çubuqların hazırlanması ilə də məşğuldur.

Xəbər lenti

Xəbər lenti