...

Azərbaycanın müdafiə naziri Türkiyənin Jandarma Qüvvələrinin baş komandanını qəbul edib

Siyasət Materials 6 Dekabr 2006 19:42 (UTC +04:00)

Dekabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı İşık Koşaneri qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin inkişafında və bugünkü səviyyəyə çatdırılmasında Türkiyə Silahlı Qüvvələrinin öz yardımını əsirgəmədiyini xüsusilə qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı bundan sonra daha da güclənməlidir və bunun üçün daha dayanıqlı, münbit zəmin mövcuddur.

S.Əbiyev həmçinin Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barədə ordu generalı ilə ətraflı fikir mübadiləsi aparıb.

İşık Koşaner də öz növbəsində Azərbaycanla Türkiyə arasında hərbi, siyasi və iqtisadi əlaqələrə toxunaraq qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istismara verilməsi bölgənin strateji əhəmiyyətini artırıb. Bu da onun mühafizəsini təşkil etmək üçün daha hazırlıqlı olmağı tələb edir.

"İşğalçı Ermənistan Azərbaycan torpaqlarından getməyincə Türkiyənin onunla heç bir əlaqəsi mümkün deyil" - deyə ordu generalı vurğulayıb.

Tərəflər iki dövlət arasında hərbi əməkdaşlığın daha da möhkəmlənməsinin bu günün tələbi olduğu qənaətinə gəliblər.

Xəbər lenti

Xəbər lenti