...

Heydər Əliyev Fondunun prezidenti Vaşinqtonda "VaytlVoys" ictimai təşkilatı ilə əməkdaşlıq barədə memorandum imzalayıb

Siyasət Materials 7 Dekabr 2006 13:29 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti Vaşinqtonda "VaytlVoys" ictimai təşkilatı ilə əməkdaşlıq barədə memorandum imzalayıb

Heydər Əliyev Fondu ilə Amerikanın "VaytlVoys" ictimai təşkilatı arasında əməkdaşlıq barədə memorandum Vaşinqtonda Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən imzalanıb.

İTAR-TASS-a istinadən Trend xəbər verir ki, qadınların dünyada rolunun artması məqsədi daşıyan "VaytlVoys" təşkilatının həmsədrləri nüfuzlu amerikalı senatorlar Key Beyli Hatçison və Hillari Klintondur. Yeri gəlmişkən, H.Klinton Amerika siyasətində qadının artan rolunun ən parlaq nümunəsi kimi qəbul edilir və ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində potensial namizəd kimi adı tez-tez hallanır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva prezident Corc Buşun xanımı Lora Buşun dəvəti ilə ABŞ-da səfərdədir. İTAR-TASS-ın müxbirinə məlum olub ki, bu gün onların Ağ Evdə görüşü olacaq. Bu, Mehriban Əliyevanın eyni zamanda bir neçə qismdə ABŞ-a ilk işçi səfəridir - Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupun həmsədri qismində. Səfərdə Mehriban Əliyevanı səlahiyyətli parlament nümayəndə heyəti müşayiət edir.

Mehriban Əliyeva çərşənbə günü Kapitolidə ABŞ Konqresi üzvləri ilə, ictimai təşkilat nümayəndələri və Amerikada təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirib.

Birinci xanım həmçinin İraqda yaralanmış hərbçilərin müalicə geçdiyi Betesddəki Uolter Rid adına hərbi qospitalda (Merilend ştatı) olub.

Elə həmin gün Mehriban Əliyeva Amerika-Azərbaycan ticarət palatası tərəfindən təşkil olunmuş və bütün paytaxt bomondu toplaşmış qəbulda çıxış edərək ABŞ və Azərbaycan arasında gələcəkdə də ikitərəfli əlaqələrin, o cümlədən mədəniyyət və humanitar sahələrdə əməkjdaşlığın güclənəcəyinə ümid etdiyini bildirib.

Konqresin yuxarı palatasında xarici işlər üzrə komitəyə rəhbərlik edən nüfuzlu respublikaçı-senator Riçard Luqar öz çıxışında iki ölkə arasındakı münasibətlərin strateji xarakterini xüsusi olaraq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti