...

Ankarada Heydər Əliyevin xatirə gecəsi keçiriləcək

Siyasət Materials 7 Dekabr 2006 13:46 (UTC +04:00)
Ankarada Heydər Əliyevin xatirə gecəsi keçiriləcək

Dekabrın 9-da Ankarada Azərbaycanın eks-prezidenti Heydər Əliyevin vəfatı gününə həsr olunmuş mərasim keçiriləcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

O bildirib ki, tədbir Ankarada Şeraton mehmanxanasında keçiriləcək və Mərmərə Fondu (Türkiyə) ilə birgə Azərbycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunacaq.

Xatirə gecəsində tələbələr, Azərbaycan diasporunun üzvləri, Türkiyə deputatları, eləcə də eks-prezident Süleyman Dəmirəl və Heydər Əliyev ordeninə layiq görülmüş türk alimi İhsan Doğramacı iştirak edəcək. Həmçinin tədbirə Türkiyədə təhsil alan Azərbaycan Polis Akademiyasının tələbələri və hərbçi tələbələr dəvət olunublar.

Səfir bildirib ki, Bakıdan tərkibində Milli Məclis deputatları və Prezidentin İcra Aparatının nümayəndələri iştirak edəcək heyətin gəlişi də gözlənilir.

Tədbir canlı olaraq Azərbaycan efiri vasitəsilə və Türkiyənin bir neçə kanalı ilə yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti