...

Bakıda "Azərbaycanın qiymətli kağızlar bazarının gələcəyi" mövzusunda konfrans keçirilib

Siyasət Materials 7 Dekabr 2006 13:50 (UTC +04:00)
Bakıda "Azərbaycanın qiymətli kağızlar bazarının gələcəyi" mövzusunda konfrans keçirilib

Bu gün Bakıda "Azərbaycanın qiymətli kağızlar bazarının gələcəyi" mövzusunda konfransı keçirilib. Bu barədə Trend xəbər verir. Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsinin (QKDK) sədri Gündüz Məmmədov bildirib ki, 6 il ərzində ölkənin qiymətli kağızlar bazarında inkişaf müşahidə olunur və illik artım 1,5-2 dəfə təşkil edir.

Onun sözlərinə görə, ötən illərdən fərqli olaraq, xarici investorların qiymətli kağızlar bazarında iştirakı xeyli artıb.

"Əgər 2005-ci ildə yalnız üç qeyri-rezident 16 saziş üzrə ümumi məbləği 5 mln. manat olan dövlət istiqrazları almışdısa, 2006-cı ildə 6 investor 46 saziş üzrə ümumi məbləği 67 mln. manat olan istiqrazlar alıblar", - deyə o bildirib.

Ümumilikdə, dövlət istiqrazları üzrə dövriyyə həm birinci, həm də ikinci dərəcəli bazarda, o cümlədən dövlət kağızlarına əsasən həyata keçirilən REPO əməliyyatlar kimi vasitə üzrə də artıb.

"Əgər 2005-ci ildə REPO əməliyyatlar üzrə saziş bağlanmamışdısa, 2006-cı ildə 10 mln. manat məbləğində 10 saziş imzalanıb", - deyə o bildirib.

Notlar üzrə o, artımın 4 dəfə çox olduğunu qeyd edib.

"Əgər 2005-ci ildə 185 mln. manatlıq 30 saziş bağlanmışdısa, 2006-cı ildə 706 mln. manatlıq 154 saziş bağlanıb", - deyə o bildirib.

Konfransda çıxış edənlər yerli qiymətli kağızlar bazarında uğurların olduğunu qeyd edib, yaxın gələcəkdə inkişaf istiqamətlərini müzakirə ediblər. Başlıca istiqamət dövlət qiymətli kağızların və korporativ istiqrazların buraxılmasının inkişafıdır. Həmçinin Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına texniki yardım edən beynəlxalq təşkilatların rolu da qeyd olunub.

Xəbər lenti

Xəbər lenti