...

Deputat Fəzail Ağamalı: "Seçki komissiyalarında partiyaların maraqlarını güdən şəxslər subyektivizmə yol verə bilər"

Siyasət Materials 7 Dekabr 2006 13:53 (UTC +04:00)

"Seçki komissiyalarında hansısa partiyanın maraqlarını güdən şəxs subyektivizmə yol verə və seçkinin demokratikliyinə müəyyən əngəllər törədə bilər". Bu fikirləri Trend ə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Qeyd edək ki, MSK-da boş qalmış 6 yerə parlamentdə azlıqda qalan partiyaların nümayəndələri seçilməlidir. Müxalifəti təmsil edən Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi partiyalarının hər birinin bir nəfər nümayəndəsi MSK-ya üzv təyin olunacaq. Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları üçü birlikdə 1 nəfər, həmçinin Sosial Rifah, Ana Vətən, Demokratik İslahatlar partiyalarının da birlikdə bir nəfər nümayəndəsi MSK-da təmsil ounacaq.

F.Ağamalı bildirib ki, AVP, DİP və Sosial Rifah partiyaları bu məsələni öz arlarında razılaşdıraraq heç bir partiyanın üzvü olmayan bir şəxsi seçiblər: "Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yaranmadı. Ümumiyyətlə, hesab edirik ki, seçki komissiyalarında partiyaların marağı yox, Seçki Məcəlləsi əsas götürülərək seçkilərin demokratikliyinin təmin olunması vacibdir. Amma bəzi partiyaların öz şəxsi maraqları imkan vermir ki, bu, MSK-ya nümayəndə təyin etmək məsələsi kompromislə həll olunsun"-deyə F.Ağamalı qeyd edib.

Xatırladaq ki, AVP iqtidaryönlü partiyadır və parlamentdə 2 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti