...

Azərbaycan QHT-ləri erməni separatçılarının "referendum" şoularını pisləyən bəyanat verib

Siyasət Materials 7 Dekabr 2006 14:08 (UTC +04:00)

"413 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu hesab edir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini şübhə altına alan pozucu əməllərdən çəkinməli, beynəlxalq hüququn tələblərinə riayət göstərərək işğal etdiyi ərazilərin boşaldılması istiqamətində aparılan danışıqlarda səmimiyyət göstərməlidir". Trend in məlumatına görə, bu fikirər Milli QHT Forumunun dekabrın 7-də yaydığı bəyanatdandır.

Milli QHT Forumu Dağlıq Qarabağda erməni separatçılarının qondarma "Konstitusiya refrendumu" keçirmək niyyətlərini pisləyir və bu addımın Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olduğunu vurğulayır. Forum beynəlxalq qurumları və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini öz nüfuz və imkanlarından istifadə edərək Ermənistana təsir göstərməyə, onu regionun təhlükəsizliyinə təhdid kimi keçirilən "referendum" şoularından çəkindirməyə çağırır. QHT-ləri birləşdirən qurum hesab edir ki, separatçıların bu cür seçki şouları Minsk qrupunun səylərini də heçə endirir, bütövlükdə danışıqların gedişinə ciddi təhlükə törədir.

Xəbər lenti

Xəbər lenti