...

Strasburqda Azərbaycan Seçki Məcəlləsinə düzəlişlərin müzakirəsinə başlanıb

Siyasət Materials 7 Dekabr 2006 16:40 (UTC +04:00)

Strasburqda Azərbaycan Respublikası Seçki Məcəlləsinin müzakirələri başlanıb. Bu barədə Trend Avropa Şurasının məlumatına istinadən xəbər verir.

Görüşdə Avropa Şurası Venesiya komissiyasının, Azərbaycanın hökümət orqanlarının, ATƏT-in demokratik institutlar və insan haqları üzrə ofisinin, eləcə də IFES nümayəndələri Azərbaycan Seçki Məcəlləsində mümkün düzəlişləri müzakirə edirlər.

Xatırladaq ki, dekabrın 6-7-də həmçinin Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun müzakirə edilib. Müzakirələrdə Venesiya komissiyasının üzvü Boqdan Auresku (Bogdan Aurescu), Venesiya komissiyasının vitse-prezidenti Finola Flanaqan (Finola Flanagan) iştirak edib. Görüşdə Azərbaycanı ölkə prezidentinin İcra aparatının nümayəndələri Çingiz Əsgərov, Fuad Ələsgərov və Şahin Əliyev təmsil ediblər. Danışıqlarda həmçinin ATƏT-in Bakı ofisinin nümayəndəsi Andreas Buş (Andreas Busch) da iştirak edib.

Xəbər lenti

Xəbər lenti