...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ-ın birinci xanımı ilə görüşəcək

Siyasət Materials 7 Dekabr 2006 18:08 (UTC +04:00)

Azərbaycanın birinci xanımı, Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun başçısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva ABŞ-a rəsmi səfəri çərçivəsində sabah Ağ Evdə olacaq və orada Birləşmiş Ştatların birinci xanımı Laura Buş (Laura Bush) və ölkənin dövlət departamentinin yüksək vəzifəli şəxsləri ilə görüş keçirəcək. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin verdiyi məlumatda qeyd olunub.

Məlumatda Azərbaycanın birinci xanımının ABŞ səfərinin dekabrın 4-də Volter Rid (Walter Reed) hərbi tibb mərkəzinə baş çəkməklə başladığı qeyd olunub.

Mehriban Əliyeva Mərkəzin pasiyentləri ilə görüşüb və bu cəsur insanları görmək üçün imkan yaratdıqlarına görə öz minnətdarlığını bildirib.

"Onların vətənpərvərliyi, iradəsi və çevikliyi insanı valeh edir. Biz bu missiyanın zəruriliyini anlayırıq və ona görə də Azərbaycan əsgərləri İraq, Əfqanıstan və Kosovoda ABŞ hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər", - deyə Azərbaycanın birinci xanımı bəyan edib.

Azərbaycan və ABŞ arasında parlamentlərarası dostluq qrupunun başçısı kimi Mehriban Əliyeva Kapitolidə bir sıra görüşlər keçirib. Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycanın nümayəndə heyəti ABŞ Konqresinin üzvləri ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti