...

Naxçıvan MR-də yeni məktəb binası yenidənqurma işlərindən sonra istifadəyə verilib

Siyasət Materials 8 Dekabr 2006 13:37 (UTC +04:00)

Şərur rayonundakı H.Əliyev prospektində yerləşən 1350 şagird yerlik məktəb binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, qeyd olunan təhsil müəssisəsi müasir tələblərə uyğun inşa edilib.

Təmir-bərpa işlərinin "Gəmiqaya" LTD şirkətinin apardığı məktəb binasında qış mövsümündə qazla işləyən istilik sistemi quraşdırılaraq elektrik sistemi dəyişdirilib. Məktəbdə həmçinin 3 kompüter sinfi yaradılmış və 41 ədəd müasir informasiya texnologiyası ilə təmin edilib. Bütövlükdə bu təhsil müəssisəsinə 30 ədəd müasir tipli kompüter verilib.

Məlumat üçün deyək ki, ötən müddət ərzində rayonun Həmzəli, Qarahəsənli, Gümüşlü, Yuxarı Yaycı, Tənənəm kəndlərində məktəb binaları tikilib, Cəlilkənd məktəbində əsaslı yenidənqurma işləri aparılırıq istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti