...

Sərhədçilər axtarışda olan 52 nəfəri saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər

Siyasət Materials 8 Dekabr 2006 17:30 (UTC +04:00)

Cari ilin noyabr ayı ərzində Azərbaycanın dövlət sərhədinin mühafizəsi zamanı sərhədçilər axtarışda olan 52 nəfəri saxlayaraq hüquq-mühafizə orqavına təhvil veriblər. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Ay ərzində 9 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 5 nəfər Azərbaycan, 8 nəfər Gürcüstan, 5 nəfər Əfqanıstan və 1 nəfər Türkiyə vətəndaşı sərhəd pozucusu qismində, 23 nəfər Azərbaycan və 1 nəfər Gürcüstan vətəndaşı isə sərhəd rejimi qaydalarının pozucusu qismində saxlanılıb.

Müvafiq sənədləri olmadığına görə 150 nəfər, sərhədi saxta sənədlərlə keçmək istəyən 5 nəfər saxlanılıb. 2 nəfər Azərbaycan, 3 nəfər Rusiya və 1 nəfər Gürcüstan vətəndaşının özgəsinə məxsus sənədlərlə sərhədi keçməsinin qarşısı alınıb.

Həmçinin 19 nəfər İran, 7 nəfər Türkiyə, 2 nəfər Pakistan, 2 nəfər Malayziya, 2 nəfər İndoneziya, 3 nəfər Nigeriya, 10 nəfər Hindistan, 1 nəfər Çin, 1 nəfər Sinqapur və 1 nəfər Əfqanıstan vətəndaşı vizasının olmamasına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti