...

Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı və Şahdağ Milli Parkının yaradılması haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 8 Dekabr 2006 20:16 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayraminin təsis edilməsi haqqinda sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il dekabr ayının 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

Prezident "Azərbaycan respublikasinin Şahdağ Milli Parkinin yaradilmasi haqqinda" da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf krediti haqqında Saziş" (Kənd Ətraf Mühit Layihəsi)" üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklər nəzərə alınaraq İsmayıllı və Pirqulu dövlət təbiət qoruqlarının (21014 ha) və Azərbaycan Respublikasının İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqlarının (81797 ha) bazasında və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar da (13084 ha) daxil olmaqla, 115895 ha sahədə Azərbaycan Respublikasının Şahdağ Milli Parkının yaradılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti