...

Fransanın Ərazi Abadlaşdırma Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa dair saziş imzalanıb

Siyasət Materials 9 Dekabr 2006 13:21 (UTC +04:00)

Dekabrın 9-da Fransanın Ərazi Abadlaşdırma Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar nazirliyi arasında əməkdaşlığa dair saziş imzalanıb. Trend xəbər verir ki, Bakı şəhərində imzalanan sazişi Fransanın Ərazi Abadlaşdırma naziri Kristian Estrozi ilə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov imzalayıb.

Kəmaləddin Heydərov imzalanma məraismindəki çıxışında bildirib ki, iki ölkənin müvafiq nazirliyi arasında yüksək səviyyədə münasibətlər mövcuddur. O qeyd edib ki, müvafiq sazişin imzalanmasına qədər artıq bu iki qurum arasında əməli işə başlanılıb. Belə ki, Fransanın Ərazi Abadlaşdırma Nazirliyinin işçi qrupu bir qədər əvvəl Azərbaycanda olub və FHN-nin qurumları ilə tanışlıq keçiriblər. FHN artıq Fransanın iri şirkətlərindən biri ilə texniki avadanlıqların alınmasına dair müqavilə də bağlayaraq texniki avadanlıqlar da sifariş edib. Yaxın vaxtlarda həmin avadanlıqlar Azərbaycana gətiriləcək.

K.Heydərov onu da qeyd edib ki, hazırda iki nazirlik arasında imzalanan saziş gələcəkdə bu qurumların əməkdaşlığının sıxlaşmasına təkan verəcək.

Kristian Estrozi öz növbəsinə səmimi qəbula görə fövqəladə hallar nazirinə təşəkkürünü bildirib və qeyd edib ki, Fransa ilə Azərbaycan arasında əlaqələr durmadan inkişaf edir. Fransanın Ərazi Abadlaşdırma Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi aprasında əməkdaşlığa dair sazişin imzalanması da bu əlaqələrin bir qoludur. Fransalı nazirin sözlərinə görə, qarşılıqlı əlaqələr və qarşılıqlı yardım çərçivəsində imzalanan saziş məhsuldar bir əməkdaşlığın əsasını qoyur.

Daha sonra əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti