...

Naxçıvan MR-də yeni modul elektrik stansiyasının işə salınması ilə regionda daxili enerjisi istehsalının gücü 160 MVT-a çatacaq

Siyasət Materials 9 Dekabr 2006 13:25 (UTC +04:00)

Naxçıvan MR-in elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində yeni modul tipli stansiyasının istifadəyə verilməsi regionun elektrik enerjisi ilə fasiləsiz təminatına imkan verəcək. Trend in Naxçıvan Bürosunun məlumatına görə, qeyd olunan stansiyanın işə salınması ilə regionda daxili enerji istehsalının gücü 160 MVT-a çatacaq.

Ümumiyyətlə, cari ildə elektroenergetika sahəsində Naxçıvan MR-də əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması istiqamətində yeni transformatorların quraşdırılması və təmir işləri də həyata keçirilib. Ötən dövr ərzində bir ədəd ikitransformatorlu 50MVA güclü 110/35 KV-luq, bir ədəd 35/10 KV-luq ikitransformatorlu, 4300 KVA güclü yarımstansiyalar istifadəyə verilib. Eyni zamanda 5 km uzunluqda 154 kv-luq ikidövrəli, eyni ölçüdə 110 kv-luq elektrik xətti çəkilmiş, əlavə olaraq 5 km xətt isə 35kvt-dan 110 kvt-lıq gərginlik pilləsinə keçirilib. Bundan əlavə, Naxçıvan, Culfa, Şərur transformator təmiri sexlərində iki ədəd 35/10KV-luq, 165 ədəd 10/0,4KV-luq müxtəlif güclü transformatorlar əsaslı təmir olunaraq şəbəkəyə qaytarılıb.

Bu il həm də 1992-ci ildə Türkiyə Respublikasından gətirilərək regionda quraşdırılan istilik elektrik stansiyalarında turbinlərin dizel yanacağından təbii qaz yanacağı ilə iş rejiminə keçirilməsi üçün yenidənqurma işləri aparılıb. Bu məqsədlə Almaniya, İsveçrə, İtaliya və Avstriyadan yeni avadanlıqlar da gətirilərək quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti