...

Azərbaycan nümayəndə heyətinin başçısı: "Parisdə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinin hesabatı müzakirə ediləcək"

Siyasət Materials 9 Dekabr 2006 13:42 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinin başçısı: "Parisdə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinin hesabatı müzakirə ediləcək"

Dekabrın 13-də Parisdə Avropa Şurasının üzv-dövlətləri tərəfindən vəzifə və tövsiyələrin yerinə yetirilməsi üzrə AŞ PA Komitəsinin növbəti iclası keçiriləcək, burada Azərbaycan və Ermənistan üzrə məsələ müzakirə olunacaq. Bu barədə Trend ə eksklüziv olaraq AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov bildirib.

O qeyd edib ki, bu sessiyada təsdiq olunmuş ümumi xarakter daşıyan hesabatlar AŞ PA-nın qış sessiyasının gündəliyinə daxil ediləcək. Azərbaycan üzrə AŞ PA-nın monitorinq komitəsinin həmməruzəçiləri Andres Herkel və Toni Lloyd çıxış edəcək.

İclasda həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti iştirak edəcək.

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası 2007-ci il 22-26 yanvarda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti