...

Deputat Asim Mollazadə Pentaqonda və ABŞ-ın Hadson İnstitutunda görüşlər keçirib

Siyasət Materials 9 Dekabr 2006 14:55 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan parlamentinin deputatı Asim Mollazadə ABŞ səfəri çərçivəsində Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirdə iştirak edib. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

A.Mollazadə Hadson İnstitutunda "GUAM təşkilatının bölgənin sabitliyində, iqtisadi inkişafında və demokratik islahatlarda rolu" mövzusunda çıxış edib. Bu tədbirdə ABŞ-ın bir sıra araşdırma mərkəzlərinin təmsilçiləri, xarici səfirliklərin nümayəndələri iştirak ediblər.

Asim Mollazadə həmçinin Pentaqonda (ABŞ-ın Müdafiə Naziriyi) da bir sıra görüşlər keçirib. Nazirliyin Avrasiya İdarəsinin rəhbərləri və əməkdaşları ilə görüş zamanı bölgədə olan münaqişələrin həlli, ABŞ-Azərbaycan münasibətləri, GUAM, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Asim Mollazadənin ABŞ səfəri davam edir. Qeyd edək ki, səfərdə əsas məqsəd Azərbaycan-ABŞ əlaqələrinin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərin, həmçinin, ABŞ-ın Azərbaycan üzrə müvafiq layihələrinin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti