...

Deputat Rəfael Hüseynov: Azərbaycan Avropa Şurasının Cənubi Qafqazın mədəni irsi üzrə məruzəçisinin bölgəyə səfər etməsində maraqlıdır

Siyasət Materials 9 Dekabr 2006 15:01 (UTC +04:00)
Deputat Rəfael Hüseynov:  Azərbaycan Avropa Şurasının Cənubi Qafqazın mədəni irsi üzrə məruzəçisinin bölgəyə səfər etməsində maraqlıdır

Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Elm Komitəsinin Parisdə keçirilən iclası başa çatıb. Bu barədə Trend eküzkuliziv olaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, iclasda iştirak edən millət vəkili Rəfael Hüseynov məlumat verib.

Onun sözlərinə görə, toplantı çərçivəsində ilk olaraq AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinə daxil olan Mədəni irs Alt Komitəsinin iclası keçirilib. İclasda AŞ PA-nın Cənubi Qafqazın mədəni irsinin vəziyyəti üzrə məruzəçi cənab Oharanın bölgəyə səfəri müzakirə olunub.

R.Hüseynov bildirib ki, daha sonra AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinrin tam tərkibdə iclası keçirilib. İclasda da məruzəçi Oharanın bölgəyə səfəri müzakirə olunub. "Toplantıda AŞ PA-nın bir sıra deputatları çıxış edərək bu səfərin baş tutmasının zəruriliyini vurğuladılar. Onu da qeyd edim ki, cənab Oharanın bölgəyə səfri may ayında baş tutmalı idi və məruzəçi Azərbaycan, Gürcüstan və Ermənistanda olmalı idi. Lakin indiyə qədər bu səfər baş tutmayıb. Ona görə də ciddi narahatlıq doğurur."

Deputatın sözlərinə görə, Avropa Şurasının baş katibi Terri Devisin təşəbbüsü ilə Cənubi Qafqazdakı mədəni irsin vəziyyətini öyrənən Faktaraşdırıcı missiya formalaşdırılıb. Həmin missiyanın tərkibinə daha çox ekspertlər daxildir.

"Faktaraşdırıcı Missiya 2006-cı ildə bölgədə səfərdə olmalı idi. Ancaq bu səfər də baş tutmayıb. Avropa Şurasının baş katibinin nümayəndəsi komitənin iclasında çıxış edərək bildirdi ki, yaxın vaxtlarda bu məsələyə konkret olaraq aydınlıq gətiriləcək. Onun dediyinə görə bu məsələ Avropa Şurasının baş katibinin birbaşa nəzarətindədir."

R.Hüseynovun sözlərinə görə, 2007-ci ilin yanvar-fevral aylarında birgə toplantının keçiriləcəyi və həmin toplantıda problemin həlli ilə bağlı konkret addımların atılacağı gözlənilir. "Mən çıxış edərək təklif etdim ki, AŞ PA-nın yanvarda keçiriləcək qış sessiyası çərçivəçsində Azərbaycan, Gürcüstan və Ermənistan deputatlarını, eləcə də qurumun baş katibinin nümayəndəsinin, bu üç ölkənin Avropa Şurasındakı daimi təmsilçilərinin iştirakı ilə toplantı keçirilsin və orada Oharanın bölgəyə səfərinin vaxtı dəqiqləşsin."

Onun dediyinə görə, cənab Oharının bölgəyə səfəri 2007-ci ilin yazında baş tuta bilir. O bildirdi ki, Azərbaycan məruzəçinin səfərinin gerçəkləşməsində maraqlıdır. Çünki Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərdəki mədəni irsin vəziyyəfti ciddi narahatlıq doğurur.

Millət vəkili vurğulayıb ki, bundan başqa iclasda noyabrın 29-30-da komitənin Bakıda keçirilən toplantısının yekunlarına dair hesabat dinlənilib. "Eyni zamanda, mədəniyyətlər və dinlərarası dialoq problemi ətrafında dinləmələr keçirildi. Bu dinləmələr zamanı mən də çıxış etdim."

Xəbər lenti

Xəbər lenti