...

AŞ PA-nın alt komitə başçısı: "Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyib, Dağlıq Qarabağda keçirilən refrendum qanuni qüvvəyə malik deyil"

Siyasət Materials 11 Dekabr 2006 11:27 (UTC +04:00)
AŞ PA-nın alt komitə başçısı: "Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyib, Dağlıq Qarabağda keçirilən refrendum qanuni qüvvəyə malik deyil"

Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyib, Dağlıq Qarabağda keçirilən refrendum qanuni qüvvəyə malik deyil. Trend məlumat verir ki, bu barədə dekabrın 11-də Bakıda AŞ PA Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitə sədri lord Rassel Conston bildirib.

R.Conston bu barədə AŞ PA-ının Siyasi komitəsinin növbəti iclasında qeyd edib. İşə başlamış iclasda AŞ-dan 60 deputat və 20 mütəxəssis iştirak edir. Gündəlikdə Çernoqoriyanın Avropa Şurasına üzvlüyü, Kosovadakı vəziyyət, İranın nüvə proqramı, AŞ üzv-ölkələrində demokratiya və insan haqları kimi məsələlər, eləcə də Azərbaycan, Çeçnistan və Orta Asiya ölkələrindəki durumla bağlı məsələ durur.

Xatırladaq ki, dekabrın 10-da Azərbaycanın işğal olunmuş Dağlıq-Qarabağ ərazisində separatçı rejim Konstitusiya qəbul edilməsi ilə bağlı "referendum" keçirib.

Xəbər lenti

Xəbər lenti