...

DİN: Fəxri Xiyabanıın ərazisində polis 1 günlük gücləndirilmiş iş rejiminə keçəcək

Siyasət Materials 11 Dekabr 2006 12:39 (UTC +04:00)

Dekabrın 12-də Bakı şəhəri, Yasamal rayonunun müəyyən ərazisində polis 1 günlük gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmin gün eks-prezident Heydər Əliyevin ölümünün üçüncü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda anım mərasimi keçiriləcək. Fəxri Xiyabana insan axını olacağını nəzərə alan Daxili İşlər Nazirliyi belə qərar qəbul edib ki, həmin ərazidə polis nəzarəti gücləndirilsin, avtomobillərin gediş-gəlişi isə məhdudlaşdırılsın.

Bakının digər rayon polis idarələrinin patrul xidməti və yol polisi də müvəqqəti olaraq bu əraziyə təhkim ediləcək.

Xəbər lenti

Xəbər lenti