...

Səfir: Rusiyada leqallaşmayan azərbaycanlıların hamısı Azərbaycana qayıdacaq

Siyasət Materials 11 Dekabr 2006 12:50 (UTC +04:00)
Səfir: Rusiyada leqallaşmayan azərbaycanlıların hamısı Azərbaycana qayıdacaq

"Bzim dövlətimiz bundan sonra bütün lazımi tədbirləri görəcək və bugünkü çıxışlardan sonra mən belə bir qərara gəldim ki, narahatçılığa heç bir səbəb yoxdur. Burada Rusiyanın mövqeyini dəqiq şəkildə anlamaq lazımdır". Trend xəbər verir ki, bu barədə bir gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada diaspor təşkilatlarının nümayəndələri ilə keçirilən və miqrasiya qanunvericiliyindəki yeniliklər və xaricilərin RF-də pərakəndə satışla məşğul olmasına qadağanın qoyulmasına həsr olunmuş müşavirəni şərh edərkən bəyan edib.

"Bu, konkret olaraq azərbaycanlılara qarşı hər hansı kampaniya deyil, bu, azərbaycanlıların Rusiyadan qovulması, onların təqibi və s. üzrə kampaniya deyil. Rusiya Federasiyası öz bazarlarında, ticarət sahəsində nizam-intizamı təmin etmək istəyir. Biz Rusiyanı günahlandıra və ya ona irad tuta bilmərik. Və Rusiya bizə dəfələrlə bildirib ki, bu, azərbaycanlılara qarşı yönəldilməyib. Rusiya bazarlarında həqiqətən də biabırçılıq baş verir, çoxlu sayda vergilərdən yayınma faktları və bir çox digər problemlər, "qara" sxemlər, "boz" sxemlər var və s. Və Rusiya bazarlarında işləyən Azərbaycan vətəndaşları Rusiya Federasiyasının qanunlarına uyğun işləməlidirlər. Kim ki leqallaşır, o, qalıb işləyəcək, işləyə bilməyənlər isə Azərbaycana qayıdacaq və orada işə düzəlməklə bağlı heç bir problem yoxdur. Azərbaycan bölgələri çox intensiv inkişaf edir və Azərbaycanda da həmçinin işçi qüvvəsi çatışmazlığı var", - deyə səfir bildirib və əlavə edib ki, Rusiya onun bazarlarının və ticarət obyektlərinin normal şəkildə fəaliyyət gö
stərməsində maraqlıdır və biz onlara bu işdə kömək etməyə hazırıq.

P.Bülbüloğlu bildirib ki, müşavirədə bizim diaspor təşkilatları, o cümlədən Rusiya bölgələrindən də çoxlu təkliflər dinlənilib. "Onların hamısı dövlət komissiyasına təqdim olunacaq. Komissiyanın iclası yaxın vaxtlarda bir daha keçiriləcək. Komissiya üzvləri tez-tez Moskvaya gələcəklər, sonra isə müəyyən qərar qəbul olunacaq", - deyə diplomat bildirib.

RF xarici işlər nazirinin müavini Qriqori Karasinlə aparılan danışıqların nəticələrini yüksək qiymətləndirən P.Bülbüloğlu bildirib ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirliyi nümayəndələrinin bu yaxınlarda Moskvaya səfəri çərçivəsində Rusiyanın Federal miqrasiya xidmətində mühüm danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti