...

Azərbaycanın XİN başçısı: Dağlıq Qarabağdakı "referendum" oyunbazlığı mənfi nəticələnəcək

Siyasət Materials 11 Dekabr 2006 13:14 (UTC +04:00)
Azərbaycanın XİN başçısı: Dağlıq Qarabağdakı "referendum" oyunbazlığı mənfi nəticələnəcək

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliyə getməyə hazır olub-olmamasından danışmaq hələ tezdir. Trend xəbər verir ki, bu barədə bu gün Bakıda AŞPA siyasi komitəsinin toplantısının açılışında Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov bəyan edib.

O qeyd edib ki, Dağlıq Qarabağdakı "referendum" göstərir ki, Ermənistan danışıqlara hazır deyil. "Yəqin ki, danışıqlarda iştirak etmək hakimiyyəti əldə saxlamaq məqsədilə Qərbin dəstəyini almaq üçün bir hərəkətdir", - deyə Azərbaycanın XİN başçısı bildirib. XİN başçısı hesab edir ki, "referendum" oyunbazlığı mənfi nəticələnəcək.

E.Məmmədyarov vurğulayıb ki, münaqişənin həlli ilə yollar açılacaq, bölgədə sabitlik təmin olunacaq, bununla da Ermənistan iqtisadiyyatı da inkişaf edəcək. O əlavə edib ki, Cənubi Qafqazın üç ölkəsi bir yerdə çox şeyə nail ola bilər.

Xəbər lenti

Xəbər lenti