...

Nazir: "Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü yanvarda keçiriləcək"

Siyasət Materials 11 Dekabr 2006 13:34 (UTC +04:00)
Nazir: "Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü yanvarda keçiriləcək"

ATƏT Minsk qrupu həmsədrləri ilə son görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının 2007-ci iln yanvarında növbəti görüş keçirmələri təklif olunub. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN başçısı Elmar Məmmədyarov jurnalistlərə bildirib.

O qeyd edib ki, nazirlərin Minskdə keçirilən son görüşü zamanı erməni tərəfi fikirləşmək və müzakirə üçün vaxt istəyib. Ona görə Minskdə həmsədrlərlə görüş zamanı erməni tərəfinin cavabını gözləmək qərarına gəlinib.

Xəbər lenti

Xəbər lenti