...

"Superfosfat" zavodunun ərazisindən 1,5 ton qara metal oğurlamaq istəyənlər həbs edilib

Siyasət Materials 11 Dekabr 2006 14:01 (UTC +04:00)

Dekabrın 10-da axşam saatlarında Sumqayıt şəhərində yerləşən "Superfosfat" zavodunun ərazisindən 1,5 ton qara metal oğurlamağa cəhd göstərən Həsənəli Əliyev və Elman Xudiyev yaxalanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki şəxs Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və Sumqayıt şəhəri, 2 saylı polis bölməsinə təhvil verilib. Bölmədə aparılan araşdırma zamanı məlum olub ki, hər iki şəxs Sumqayıt şəhər sakinidr.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti