...

Bakıda AŞ PA-nın siyasi komitəsinin iclası keçirilir

Siyasət Materials 11 Dekabr 2006 14:36 (UTC +04:00)
Bakıda AŞ PA-nın siyasi komitəsinin iclası keçirilir

Trend xəbər verir ki, bu gün Bakıda AŞ PA siyasi komitəsinin növbəti iclası öz işinə başlayıb. Bu iclasda Azərbaycanla bağlı məsələ də müzakirə olunacaq.

Tədbirə Avropa Şurasının 50 deputat və 20 mütəxəssisi qatılıb. Tədbirin açılışında Azərbaycan XİN başçısı Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

Görüşün gündəliyində Çernoqoriyanın Avropa Şurasına üzvlüyü, Kosovadakı vəziyyət, İranın nüvə proqramı, AŞ üzv-öləkələrində demokratiya və insan haqları ilə bağlı məsələlər, Çeçenistandakı vəziyyət müzakirə ediləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı S.Seyidov bildirib ki, görüşdə müzakirə olunacaq daha bir vacib məsələ - neftin Avropaya təsir vasitəsi kimi istifadəsi məsələsi olacaq.

Görüşün ikinci günü Orta Asiya ilə bağlı müzakirələr keçiriləcək. Qazıxıstan, Qırğızıstan, Özbəkistandan mütəxəssislərin gəlişi gözlənilir. Həmçinin Avropa-Azərbaycan-Orta Asiya və demokratiya münasibətləri çərçivəsində dinləmələr olacaq.

İclas bağlı qapılar arxasında aparılır.

Xəbər lenti

Xəbər lenti