...

Deputat Qənirə Paşayeva: "ABŞ konqresmenləri Azərbaycanı dini və etnik tolerantlıqda dünyaya nümunə ola biləcək ölkə hesab edirlər"

Siyasət Materials 11 Dekabr 2006 16:00 (UTC +04:00)

Abş konqresmenləri qeyd ediblər ki, Azərbaycan etnik və dini tolerantlıqda dünyaya nümunə ola biləcək ölkələrdəndir. Trendin xəbər verdiyinə görə, bu barədə Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva dekabrın 11-də jurnalistlərlə danışıb.

Onun sözlərinə görə, ABŞ-ın yuksək çevrəsində müsəlman ölkəsinin belə müasir dünyəvi dövlət qurması müsbət qarşılanıb. "Məsələn, bizim nümayəndə heyətinin tərkibində mənşəcə yəhudi olan Evda Abramov iştirak edirdi. Onlar Azərbaycandakı yəhudilərin sayını bilirlər və təəccüblənirlər ki, yəhudilərin nümayəndəsi Azərbaycan parlamentinin insan hüquqları üzrə daimi komissiyasının sədridir. O, Azərbaycanda ermənilərin yəhudilərə qarşı hərəkətləri barədə fikrini çox gözəl əsaslandırdı"- deyə deputat əlavə edib.

Onun sözlərinə görə, ABŞ-da keçirilən görüşlər zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva söyləyib ki, Azərbaycan Şərqdə ilk dəfə parlament yaradıb və demokratik cəmiyyət qurub ki, orada qadınların seçki hüququ olub. Həmçinin Şərqdə ilk balet və ilk opera Azərbaycan xalqı tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti