...

ATƏT Minsk qrupunun həmsədrləri: Hazırda "referendum"un keçirilməsi səmərəsizdir

Siyasət Materials 11 Dekabr 2006 16:49 (UTC +04:00)
ATƏT Minsk qrupunun həmsədrləri: Hazırda "referendum"un keçirilməsi səmərəsizdir

ATƏT Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri dekabrın 10-da Dağlıq Qarabağda keçirilmiş "referendum"a dair bəyanat veriblər. Bu barədə Trend ATƏT-in məlumatına istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, ATƏT MQ qondarma "Dağlıq Qarabağ respublikası"nın konstitusiya layihəsi üzrə qondarma "referendum"un münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinə təsir göstərməyəcəyinə inanmırlar. "Dağlıq Qarabağın istənilən gələcək statusu təhdid olmadan və ya gücdən istifadə edilmədən və yalnız Minsk prosesi çərçivəsində iki ölkə arasında siyasi danışıqların nəticəsi kimi müəyyən olunmalıdır", - deyə sənəddə qeyd olunub.

Həmsədrlər hesab edirlər ki, kompromis axtarmaq əvəzinə Dağlıq Qarabağın qəti hüquqi statusunu qabaqcadan müəyyən edərək, hazırda Minsk qrupunun danışıqları konstruktiv məcraya yönəltmək üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etdiyi vaxtda bu cür referendumun keçirilməsi faydasızdır.

Həmsədrlər ehtimal edirlər ki, beynəlxalq ictimaiyyətin tanımadığı bu "referendum"un nəticələri münaqişənin nizamlanmasının başlıca prinsipləri üzrə tərəflər arasında saziş perspektivlərinə mənfi təsir göstərməyəcək.

Xəbər lenti

Xəbər lenti