...

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu: "Ümumrespublika forumunun keçiriləcəyi tarix dəqiq məlum deyil"

Siyasət Materials 11 Dekabr 2006 17:02 (UTC +04:00)

Müxalifət partiyalarının bütün siyasi qüvvələr, qeyri -hökumət təşkilatları və mətbuat nümayəndələri ilə birgə keçirmək istədikləri Ümumrespublika forumunun vaxtı hələlik dəqiqləşdirilməyib. Bu bərədə Trend ə ekskülziv olaraq "Azadlıq" siyasi blokunda təmsil olunan müxalifətçi

Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. "Biz Yeni Azərbaycan Partiyasının bu məsələyə münasibət bildirməsini gözləyirik. Hakim partiya bu tədbirdə iştirak etməyə razılıq versə, toplantı bir formatda keçiriləcək. Əgər Yeni Azərbaycan Partiyası bu foruma qatılmasa, o zaman tədbir başqa bir formatda keçiriləcək".

Onun sözlərinə görə, YAP-dan cavab aldıqdan sonra foruma hazırlıq işlərinə başlayacaqlar.

Müxalifəti təmsil edən bütün partiyaların tədbirə qatılıb-qatılmayacağına gəlincə, Sərdar Cəlaloğlu bildirib ki, toplantıya qatılacaq təşkilatların siyahısı dəqiqləşdirilir. "Bu tədbir təkcə müxalifət partiyalarının forumu olmayacaq.

Toplantıya bir sıra qeyri-hökumət təşkilatları və mətbuat orqanlarının
nümayəndləri qatılacaqlar. Ola bilsin ki, hansısa müxalifət partiyası foruma qatılmasın".

ADP sədrinin birinci müavi ni hesab edir ki, foruma ciddi hazırlaşmaq lazımdır və bu hazırlıq çox guman ki, 2007-ci ilin yanvar ayının sonları və fevral ayının ortalarına qədər davam edəcək.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti