...

Fəaliyyətdə olan sədr: ATƏT Dağlıq Qarabağda keçirilən qondarma referendumu tanımır

Siyasət Materials 11 Dekabr 2006 17:08 (UTC +04:00)
Fəaliyyətdə olan sədr: ATƏT Dağlıq Qarabağda keçirilən qondarma referendumu tanımır

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel De Quxt bu gün bildirib ki, ATƏT dekabrın 10-da Dağlıq Qarabağda keçirilən konstitusiya layihəsi üzrə referendumu tanımır.

"Belə referendum münaqişənin həlli prosesində qeyri-konstruktiv addımdır. Həmin prosesdə, tərəflərin təsdiq etdiyi kimi, bu yaxınlarda hiss olunan dərəcədə tərəqqi əldə edilib", - deyə nazir De Quxt qeyd edib.

ATƏT Nazirlər Şurasının Brüsseldə keçirilən 14-cü toplantısında Dağlıq Qarabağ üzrə edilmiş bəyanata əsaslanaraq, o bildirib: "Biz bu cür çox şeylər vəd edən anda əldə olunmuş tərəqqini riskə məruz qoya bilən hərəkəti tanımırıq".

O, həmçinin ATƏT Minsk qrupu həmsədrlərinin bugünkü bəyanatına əsaslanaraq qeyd edib: "Bu referendumun tanınmamasının səbəbi beynəlxalq ictimaiyyətin heç bir üzvünün qondarma Dağlıq Qarabağ respublikasını müstəqil dövlət kimi tanımamasıdır".

Xəbər lenti

Xəbər lenti