...

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu: "Müxalifətin fəaliyyətini dayandırması məsələsi gündəmdən çıxıb"

Siyasət Materials 11 Dekabr 2006 17:16 (UTC +04:00)

Müxalifət partiyalarının öz fəaliyyətlərini dayandırması məsələsi gündəmdən çıxıb. Bu barədə Trend ə "Azadlıq" siyasi blokunun üzvü olan müxalifətçi Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, Müsavat, Azərbaycan Milli İstiqlal və Klassik Xalq Cəbhəsi partiyaları müxalifətin müəyyən müddətə öz fəaliyyətini dayandırması təklifini qəbul etməyiblər.

"Adların çəkdiyim partiyalar bizim təkliflə razılaşmadılar. Onlar hesab edirlər ki, fəaliyyətin dayandırılması heç də məqbul variant deyil. Həmin partiyalar hesab edirlər ki, daha çox kütləvi aksiyalara əl atmaq lazımdır. Biz isə düşünürdük ki, əgər geniş qüvvələr bu aksiyaya qoşulsalar onun hansısa təsiri ola bilər."

ADP sədrinin birinci müavini əlavə edib ki, digər partiyaların dəstəyini ala bilmədiyinə görə, "Azadlıq" bloku bu məsələni gündəmdən çıxarıb.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti