...

Meliorasiya və Su Təsərrüfatı ASC Samuxda yeni su nasosu quraşdırıb

Siyasət Materials 11 Dekabr 2006 17:29 (UTC +04:00)

Meliorasiya və Su Təsərrüfatı ASC Samux rayonu ərazisində ümumi gücü dəqiqədə 5 kubmetr olan yeni su nasosu quraşdırıb. Bu qurğu rayonun 1200 hektar ərazisindən meşə təsərrüfatını və əkin sahələrini suvarmağa imkan verəcək. Bu barədə Trendə Samux rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu rayonda suvarma sahəsində həmişə problemlər olub. Lakin indi İona çayının rayon ərazisində olan vadisində qurulan bu yeni nasos problemləri qismən həll edəcək və Poylu, Kəsəmənli, Salahlı, Buruq Qovaq kəndlərinin suya olan tələbatını tam ödəyəcək. İcra başçısının sözlərinə görə, həmin qurğu üçün 50 000 AZN məbləğində vəsait Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ödənib. "2007-ci ilin yanvar ayının ilk günlərində də daha belə bir qurğunun işə salınması gözlənilir".

Bundan sonra Samux rayonunun suya olan tələbatı, demək olar ki, tam ödəniləcək" - Vilyam Hacıyev belə deyib.

Xəbər lenti

Xəbər lenti