...

Azərbaycan prezidenti Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısını qəbul edib

Siyasət Materials 11 Dekabr 2006 18:01 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də Bakıda Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısı Murat Mərcanı qəbul edib. Bu barədə Trend xəbər verir.

Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan və Türkiyə missiyalarının uğurlu əməkdaşlığı qeyd olunub. İ.Əliyev ikitərəfli münasibətlərin yüksək səviyyəsini qeyd edərək, əminliklə bildirib ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Murat Mərcan iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin uğurlu əməkdaşlığından məmnun olduğunu bildirib. BTC boru kəmərinin əhəmiyyətini qeyd edən M.Mərcan əminliklə bildirib ki, reallaşdırılan digər regional layihələr ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək göstərəcək.

Xəbər lenti

Xəbər lenti