...

MDB dövlətləri zəhmətkeş-miqrantlar və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiya qəbul edəcəklər

Siyasət Materials 11 Dekabr 2006 18:37 (UTC +04:00)

Dekabrın 12-13-də Moskvada keçiriləcək MDB iştirakçı-dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhətçi Şurasının növbəti XIX toplantısında sosial-əmək sahəsinin müxtəlif istiqamətləri üzrə 16 məsələ müzakirə ediləcək. Bu barədə Trend MDB İcraiyyə komitəsinə istinadən xəbər verir.

İclasın gündəliyinə MDB iştirakçı-dövlətlərinin əməkçi-miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiya layihəsi; qarşılıqlı maraq doğuran daha kəskin sosial problemlərin həllində MDB iştirakçı-dövlətlərinin qarşılıqlı əlaqəsinin genişləndirilməsi üzrə Tədbirlər planının layihəsi; 2004-2008-ci illər üzrə MDB ölkələri üçün əmək üzrə normativ bazanın yaradılması və təkmilləşdirilməsi üzrə Proqram layihəsi və başqaları daxildir. Həmçinin iclasda 2005-ci ilə qədər dövrdə MDB-nin inkişafı üzrə Fəaliyyət proqramının etibarlılıq müddəti bitdikdən sonra sosial sahədə əməkdaşlıq haqqında sənədlərin hazırlanması üzrə dövlətlərin təkliflərinin müzakirə edilməsi planlaşdırılır.

Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Ukrayna bu iclasdakı iştiraklarını təsdiq ediblər. Dövlət nümayəndələrindən başqa, Məsləhətçi Şuranın toplantısında MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının, Dövlətlərarası statistika komitəsinin və müşahidəçi statusuna malik Ümumi Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti