...

Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 12 Dekabr 2006 11:20 (UTC +04:00)

Dekabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda eks-prezident, mərhum Heydər Əliyevin məzarını ziyarət edib. Trend in məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini yad edib.

Prezidentlə bərabər bu gün bütün hökümət nümayəndələri - nazirlər, nazirliklərin əməkdaşları, dövlət komitə sədrləri, millət vəkilləri və digər şəxslər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu gün səhər saatlarından Bakı sakinləri, sıravi vətandaşlar da Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəlməyə başlayıblar.

Qeyd edək ki, bu gün-dekabrın 12-də Azərbaycanın eks - prezidenti Heydər Əliyevin vəfatının 3-cü il dönümüdür.

Xəbər lenti

Xəbər lenti