...

Naxçıvan MR-də CDMA - simsiz rabitə istifadəçilərinin sayı artıb

Siyasət Materials 12 Dekabr 2006 12:21 (UTC +04:00)

Naxçıvan MR-də CDMA-simsiz rabitə istifadəçilərinin sayı artıb. Trend in Naxçıvan Bürosu Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, hazırda regionda 751 nəfər simsiz rabitə xidmətlərindən istifadə edir.

Adıçəkilən nazirlikdən onu da bildiriblər ki, Naxçıvan şəhərində quraşdırılmış stansiyanın 1000 nömrə tutumu var və gələcəkdə nömrə tutumlarında artım ola və ya yeni stansialar quraşdırıla bilər. Hazırda stansiyanın əhatə dairəsi Naxçıvan şəhəri və Babək rayonunu əhatə etsə də, yaxın gələcəkdə regionun digər ərazilərində də qeyd olunan texnologiyanın baza stansiyalarının yaradılması planlaşdırılır.

Məlumat üçün deyək ki, CDMA simsiz rabitə sisteminin tətbiqinə bu ilin mart ayından başlanılıb. Stansiyanın təşkili isə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Çinin "HUAWEİ" şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti